• çərşənbə, 24 Aprel, 04:58
  • Baku Bakı 14°C

Dünya bazarında neft ucuzlaşıb

14.01.22 10:01 233
Dünya bazarında neft ucuzlaşıb
COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar əlavə məhdudiyyətlərin tətbiqi benzinə olan tələbin azalmasına, habelə dünya bazarlarında neftin ucuzlaşmasına səbəb olub.
"Report” xəbər verir ki,"Brent” neftinin mart fyuçersləri0,11% ucuzlaşaraq, 1 bareli84,38ABŞ dollarına satılıb. WTI neftinin fevral fyuçerslərinin qiyməti isə0,32% azalaraq, 1 bareli81,86ABŞ dolları təşkil edib.
Bu gün həmçinin "Baker Hughes Company” neft-qaz servis xidməti ABŞ-da fəaliyyətdə olan neft buruqlarına dair statistikasını açıqlayacaq. Ötən həftə buruq sayı 1 ədəd artaraq, 481 aqreqata çatmışdı.
banner

Oxşar Xəbərlər