• cümə, 26 Aprel, 19:09
  • Baku Bakı 22°C

“Zirə” və “İnter növbəti mərhələdə

07.07.17 10:04 1102
“Zirə” və “İnter növbəti mərhələdə
Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.
Kaspi.az xəbər verir ki, bu mərhələdəki hər iki təmsilçimiz ikinci görüşlərində də qələbə qazanıblar. "Zirə" səfərdə Lüksemburq "Differdanj"ıyla qarşılaşıb. İlk oyunda evdə lüksemburqluları 2:0 hesabı ilə məğlub edən Ayxan Abbasovun yetirmələri avrokubokda debüt ilində mərhələ adlamağa çox yaxın idi.
Differdanj şəhər stadionunda keçirilən oyun komandamız üçün heç də uğurlu başlamayıb. Erkən qol buraxan qəsəbə təmsilçisi ümumiyyətlə, ilk yarını çox zəif keçirib. Amma fasilədən sonra "Zirə" oyunda dönüş yaratmağı bacarıb. Manqa və Qadzenin qısa vaxt ərzində vurduğu iki qol komandamıza əzmkar qələbə qazandırıb. Nəticədə, "Zirə" avrokuboklardakı debüt ilində mərhələ adlamaqla tarix yazıb.
"İnter" isə Serbiyanın "Mladost" klubunu qəbul edib. İlk oyunda səfərdə 3:0 hesabı ilə qalib gələn Zaur Svanadzenin yetirmələri bu oyundan qələbə ilə ayrılmaqla, həm də Azərbaycanın klub reytinqinə növbəti xalları yaza bilərdi. Mərdəkandakı "Dalğa Arena"da keçirilən oyun gözlənildiyi kimi, təmsilçimizin qələbəsi ilə başa çatıb.
Bakılılar inamlı qələbə sayəsində Avroliqanın 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıblar. Qeyd edək ki, paytaxt klubu növbəti mərhələdə Lüksemburq "Fola"sı ilə qarşılaşacaq. Sözügedən komanda ilk mərhələdə "Milsami" (Moldova) səddini uğurla keçib (evdə 2:1, səfərdə 1:1).
"Zirə" isə növbəti mərhələdə Rumıniyanın "Astra" klubu ilə qarşılaşacaq. İlk oyun Bakıda, cavab görüşü səfərdə olacaq.
banner

Oxşar Xəbərlər