Zidanla prezident arasında fikir ayrılığı
"Real”da durum o
qədər də ürəkaçan deyil.
Kaspi.az xəbər
verir ki, "Real”ın baş məşqçisi Zinəddin Zidanla klubun prezidenti Florentino
Peres arasında fikir ayrılığı yaşanır. Onlar Vinisius Juniorla Braim Diasın
növbəti mövsümü harada keçirəcəkləri ilə bağlı ortaq fikrə gələ bilmirlər.
Zidan daha çox
oyun təcrübəsi əldə etməsi üçün Juniorun icarəyə verilməsini istəyir. Peres isə
18 yaşlı braziliyalının Madriddə qalmasını təkid edir.
Vinisius
marketinq baxımından "Real” üçün vacib futbolçu sayılır. Disala bağlı məsələ isə
fərqlidir. Klub rəhbərliyi 19 yaşlı futbolçunun icarəyə verilməsini, Zidan isə
onun qalmasını istəyir.