Zidan oğlunu “dartmaq” istəyir, “Real” rəhbərliyi isə...
"Real”ın baş məşqçisi
Zinəddin Zidan oğlu Lyuku komandanı n ikinci qapıçısı etmək niyyətindədir.
Kaspi.az xəbər
verir ki, amma "Real” rəhbərliyi onunla razılaşmır. "Kral klubu”nun rəsmiləri
hesab edirlər ki, ikinci qapıçı ukraynalı Andrey Lunin olmalıdır.
Zidan isə Luninlə
Lyukun arasında ciddi bir fərq olmadığını iddia edir. 21 yaşlı Lyuk Zidan bu
mövsüm İspaniya çempionatında oyun
keçirib. O, "Ueska” ilə qarşılaşmada (3:2) 2 qol buraxıb.
20 yaşlı Lunin
isə mövsümü icarə əsasında "Leqanes”də keçirib. O, çempionatda 4 oyunda meydana
çıxıb.