Zidan məsuliyyəti üzərinə götürdü
"Real”ın baş məşqçisi Zinəddin Zidan "Selta” ilə oyundan (2:2) sonra
fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Zidan çempionluq şansları ilə bağlı
məsələdən danışmaq istəmədiyini deyib. O, komandanın uğursuz oyununa görə,
məsuliyyəti üzərinə götürdüyünü bildirib:
"Hər həftə çempionluq şansımızı müzakirə etmək istəmirəm. Əgər xal
itirməkdə davam etsək, onda çempionluğu unutmaq lazımdı. Biz sadəcə, özümüzə
gəlməli və oyundan oyuna inkişaf etməliyik.
Hamımız bu nəticədən narazıyıq. Xüsusən də ikinci hissədəki oyunumuz
məyus etdi. Rəqibimiz güclü idi. Buna baxmayaraq, daha yaxşı oynaya
bilərdik. Uğursuzluğa görə bütün
məsuliyyət mənim üzərimdədir.