• cümə, 26 Aprel, 08:35
  • Baku Bakı 12°C

Zidan 2020-ci ilə qədər yığmada olmayacaq

04.06.18 13:10 611
Zidan 2020-ci ilə qədər yığmada olmayacaq
"Real”dan istefa verən Zinəddin Zidanın DÇ-2018-dən sonra Fransa yığmasını çalışdıracağı ilə bağlı məlumat yayılıb.
Kaspi.az xəbər verir ki, Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre bu məsələyə münasibət bildirib. O, Zidanla danışıqlar aparmadıqlarını vurğulayıb:
"Ola bilsin ki, Zidan sabah "Yuventus”a rəhbərlik edəcək, mən heç nə bilmirəm. İçi mən qarışıq, onun istefasından hamı təəccüblənmişdi. Ancaq Deşamla Zidan arasında debat qurmağın mənası yoxdur.
Bu, qeyri-ciddidir. Biz DÇ-yə Deşamın rəhbərliyi altında gedirik. Onunla 2020-ci ilə qədər müqavilə bağlamışıq. Bu müddətdə Zidanla heç bir danışıq olmayacaq. Deşam yığmada minimum 2020-ci ilə qədər işləyəcək”.
banner

Oxşar Xəbərlər