Yığmanın baş məşqçisi qovuldu
Ekvador yığmasının baş məşqçisi Qustavo Kinteros istefaya göndərilib.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı Ekvador Futbol
Federasiyası yayıb. Boliviyalı mütəxəssis yığmanın DÇ-in seçmə mərhələsində
uğursuz çıxışına görə istefaya göndərilib.
Seçmə mərhələnin başa çatmasına 2 tur qalmış Ekvador 8-ci yerdə
qərarlaşıb. Yığmaya müvəqqəti olaraq Xorxe Seliko başçılıq edəcək. O, Ekvadoru
seçmə mərhələnin son iki oyununa – Çili və Argentina ilə qarşılaşmalara
çıxaracaq.