AZE | RUS | ENG |

Yeniyetmələrimiz DÇ-dən 11 medal gətirdilər

Yeniyetmələrimiz DÇ-dən 11 medal gətirdilər
Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı başa çatıb


Azərbaycan Güləş Federasiyasının saytı xəbər verir ki, çempionatda iştirak edən hər üç növ üzrə yığma komandalarımız ümumilikdə 2 qızıl, 6 gümüş və 3 bürünc medal olmaqla 11 medal medalla Vətənə qayıdır. Qızıl medalları yığma komandamıza sərbəst güləş üzrə yarışan Teymur Məmmədov (63 kq) və Şamil Sadullayev (85 kq) qazandırıb. Nicat Abdullayev (76 kq), Soslan Fanziyev (85 kq) və Cavid Feyziyev (100 kq) yunan-Roma güləşində, Leyla Qurbanova (49 kq) qadın güləşində, Əfqan Xaşalov (50 kq) və Mahir Əmiraslanov (58 kq) isə sərbəst güləş yarışlarında yalnız finalda məğlub olaraq, komandamıza gümüş medal qazandırıb. Bürünc medalları isə yunan-Roma güləşi üzrə Seymur Hüseynov (46 kq), İslambek Dadov (69 kq) və qadın güləşi üzrə Türkan Nəsirova (46 kq) əldə edib. Bu nəticə ilə güləşçilərimiz komanda hesabında da ön sıralarda qərarlaşıb. Belə ki, 3 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz komanda hesabında Rusiya yığması ilə eyni xalı toplayaraq ikinci nəticə göstərib. 2 qızıl və 2 gümüş medal qazanan sərbəst güləşçilərimiz isə komanda hesabında beşinci pillədə qərarlaşıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi


Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8964
GEL 1 1 Gürcüstan larisi 0.6134
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1611
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.6801
KWD 1 1 Küveyt dinarı 5.5836
TRY 1 1 Türkiyə lirəsi 0.2805