AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yeni reallıqda Dağlıq Qarabağın status məsələsi yoxdur

Yeni reallıqda Dağlıq Qarabağın status məsələsi yoxdur

Cəmiyyət
18 Yanvar 2021, 17:00 263
Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsi ilə yaratdığı yeni tarixi reallıqda Dağlıq Qarabağın statusu məsələsi yoxdur.

Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.

Deputat bildirib ki, Yenilənmiş Madrid prinsilərində Dağlıq Qarabağın mərhələli həlli variantı öz əksini tapmışdı və orada qeyd olunurdu ki, Dağlıq Qarabağın statusu məsələsinə Dağlıq Qarabağ ətrafındakı rayonlar işğadan azad olunduqdan sonra, yəni sonrakı mərhələdə baxıla bilərdi: "O zaman da məsələ belə qoyulmuşdu ki, status məsələsi son mərhələnin işidir. Ancaq Azərbaycan münaqişəni hərbi yolla həll etdi, tarixi zəfərə imza atdı. Prezident İlham Əliyev söylədiyi kimi, artıq yeni reallıqlar yaranıb. Əgər Azərbaycanın işğal altında olan torpaqları siyasi yolla, müharibə olmadan, itkilər olmadan azad edilsəydi, o halda status məsələsi də müzakirə predmeti ola bilərdi. İndi artıq vəziyyət dəyişib, Azərbaycan yeni tarixi reallıqlar yaradıb. Yen reallıqlarda isə status məsələsinə gəldikdə Ali Baş Komandan İlham Əliyevin açıq mövqeyi var və bu mövqe də odur ki, status məsələsi artıq yoxdur, ümumiyyətlə, bizim gündəliyimizdən o məsələ çıxıb. İndi qalib tərəf Azərbaycandır və şərtləri də biz diqtə edirik, ona görə də bu məsələyə qayıtmağın mənası yoxdur. Yeri gəlmişkən, onu da qeyd edim ki, Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada 11 yanvar sənədinin imzalanmasından sonra mətbuata açıqlamasında bildirdi ki, o, ciddi cəhdlə çalışıb ki, ilk növbədə, status məsələsi müzakirə edilsin. Lakin həm Azərbaycanın, həm də Rusiyanın prinsipial mövqeyi ilə üzləşib və arzusu da ürəyində qalıb”.