Yeni müqaviləni razılaşdırdılar, məvacibi artacaq
Kərim Benzema
"Real”la yeni müqavilə məsələsində razılıq əldə edib.
Kaspi.az xəbər
verir ki, Benzema "kral klubu” ilə müqaviləni 2022-ci ilin yayına qədər uzadıb.
Yeni müqavilə 32 yaşlı fransızı "Real”ın ən ödənişli futbolçularından edəcək.
"Real” rəhbərliyi
yeni müqavilə ilə bağlı rəsmi məlumatı açıqlamayıb. Gözlənilir ki, bu barədə mətbuata
cari mövsümün sonunda məlumat veriləcək.
Benzema "Real”da
2009-cu ildən çıxış edir. O, cari mövsümdə 19 oyunda 12 qol vurub, 5 qol ötürməsi edib.