Yeməyi sifariş et, harda ürəyincədirsə, orda da ye! - Texno-məsləhət

Yeməyi sifariş et, harda ürəyincədirsə, orda da ye! - Texno-məsləhət

Gənclik qəzeti
02 Noyabr 2019, 13:00 619
Texno məsləhət rubrikamızda bu dəfə "Wolt” yemək çatdırılma tətbiqindən danışacağıq. "Wolt”un əsası 2014-cü ildə Helsinki şəhərində qoyulub və bu gün şirkət 450 işçisi ilə 16 ölkədə fəaliyyət göstərir. Texnoloji şirkət olmasından əlavə, "Wolt” çox güclü əməliyyat sistemi və bünövrə qurmağı bacarıb. "Wolt” 54 şəhərdə 5000-dən çox restoran və 10000-dən çox kuryer partnyor ilə əməkdaşlıq edir. Tətbiqin App Store-da ortalama qiyməti 4.8/5 ulduzdur.
 
"Wolt”un kuryer partnyorları yeməkləri velosiped, motosiklet və avtomobil ilə çatdırır. Yeməyin hazırlanması ilə birlikdə ortalama çatdırılma vaxtı 30-45 dəqiqə təşkil edir. Yeməklər isti qalsın deyə, xüsusi çantalarda çatdırılır. 1.5 km-dən qısa məsafələr üçün çatdırılma haqqı 1.50 AZN-dir, 1.5 km-dən artıq məsafədən gələn sifarişlər zamanı isə düz xətt üzrə hər əlavə 500 metr üçün çatdırılma haqqına 0.40 AZN əlavə olunur.

"Wolt” tətbiqindən istifadə qaydaları:

1. "Wolt” tətbiqini iPhone və ya Android üçün yükləyin, ya da ki Wolt.com saytından sifariş edin.

2. Sevimli restoranınızı seçin.

3. Sifarişinizi qurun və onun evə çatdırılacağını, özünüzün götürəcəyini və ya restoranda yeyəcəyinizi müəyyənləşdirin.

4. Çatdırılma seçimini etsəniz, siz, real vaxtda sifarişin hansı mərhələdə olduğunu görəcəksiniz və hətta onun xəritədə sizə yaxınlaşmasını izləyə biləcəksiniz.

5. Ödəniş avtomatik olaraq sizin kartınızdan tutulur və qəbzlər sizin elektron poçtunuza göndərilir.