AZE | RUS | ENG |

Yaxın günlərdə bu yaşayış məntəqələrinə qaz veriləcək - Siyahı

Yaxın günlərdə bu yaşayış məntəqələrinə qaz veriləcək - Siyahı
Regionlarda qazlaşdırma tədbirlərinin davam etdirilməsi işləri çərçivəsində bir neçə kənd, qəsəbə və yaşayış massivləri açılışa tam hazırdır.
"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə bildirilib ki, son tamamlanma aparılan aşağıda adları qeyd edilən məntəqələr çox yaxın zamanda qazla təmin olunacaq. Beləliklə, Ağsu rayonunun Yenikənd və Kəndəxan kəndləri, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində yeni yaşayış massivi, Şəmkir rayonunun Qaracəmirli kəndində yeni yaşayış massivi, Ağstafa rayonunun 33-cü məhəlləsi, Lənkəran şəhərinin yeni yaşayış massivi, Lerik rayonunun Peştətük kəndi, İmişli rayonunun Vətəqə qəsəbəsi, Biləsuvar rayonunun Xırmandalı yeni yaşayış massivi, Qobustan şəhərinin yeni yaşayış massivi və Neftçala rayonunun Astanlı kəndində yeni yaşayış massivi qazlaşmaya tam hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, adları çəkilən ərazilərdə qaz təchizatı işləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2018-ci il tarixində imzaladığı "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə 431 saylı fərmanından irəli gələrək həyata keçirilir.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967