Yatdı, polisin əməliyyatından xəbər tutmadı
Polis
"Barselona”nın futbolçusu Samuel Yumtitinin evində axtarış aparıb.
Kaspi.az xəbər
verir ki, ötən ilin sentyabrında Samuelin evində oğurluq olmuşdu. Futbolçu
"Valensiya” ilə qarşılaşmada olduğu vaxt, oğrular onun evini yarmışdılar.
Polis cinayətkarları
tapmaq üçün mənzildə izlərin müəyyənləşdirilməsi üçün axtarış aparıb. Həmin
vaxt isə Yumtiti divanda yatıb və polisin əməliyyatından xəbər tutmayıb.