• cümə, 26 Aprel, 19:56
  • Baku Bakı 22°C

Yaponiya KİV-lərində Formula-1 Azərbaycan Qran-Prisi

29.04.18 09:15 767
Yaponiya KİV-lərində Formula-1 Azərbaycan Qran-Prisi
AZƏRTACxəbər verir ki, Yaponiya idmansevərləri arasında populyar kütləvi informasiya vasitələri bu günlər Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisini geniş işıqlandırır. Bir sıra telekanallar, o cümlədən "Fuji-TV.Next” televiziyası yarışları yapon tamaşaçılara birbaşa yayımla təqdim edir.
Yaponiyanın nüfuzluwww.purposejapan.com,https://formula1-data.com/,https://www.as-web.jp,https://www.sports-his.com,www.topnews.jp,https://www.sportingnews.com/internet saytlarında dərc edilmiş məqalələrdə xüsusi vurğulanır ki, Azərbaycan bu idman tədbiri vasitəsilə Bakının gözəlliyini, tarixi məkanlarını və dinamik inkişafını bütün dünyaya nümayiş etdirir.
İnternet nəşrlərində yer alan məqalələrdə bildirilir ki, Azərbaycan dünyada məşhurluğu ilə seçilən Formula-1 yarışını üçüncü dəfə qəbul edir. Dünya şöhrətli pilotların iştirak etdikləri Azərbaycan Qran-Prisi Formula-1 üzrə dünya çempionatının dördüncü mərhələsidir.
"Fuji-TV.Next” telekanalının şərhçiləri birbaşa reportaj zamanı Formula-1 yarışının Azərbaycan mərhələsinin özünəməxsusluğu ilə seçildiyini xüsusi vurğulayıblar. Qeyd ediblər ki, Bakıda pilotlar qeyri-adi ab-havası ilə seçilən, əfsanəvi tarixi yerləri əhatə edən bənzərsiz trekdə yarışırlar.
Məqalə və reportajlarda turnirin yüksək səviyyədə keçirilməsindən, yarışların dünya standartlarına uyğun təşkilindən, habelə idmançılar və azarkeşlər üçün hər cür şəraitin yaradılmasından geniş bəhs olunur.
Yaponiya KİV-lərində Formula-1 Azərbaycan Qran-Prisinin gedişi və turnirdə iştirak edən adlı-sanlı pilotlar, yarışlar zamanı istifadə edilən texniki vasitələr barədə məlumatlar da əksini tapıb.
banner

Oxşar Xəbərlər