• cümə, 26 Aprel, 22:27
  • Baku Bakı 22°C

Yaponiya bosniyalını qovdu

09.04.18 10:25 765
Yaponiya bosniyalını qovdu
Yaponiyanın baş məşqçisi Vahid Həlilociç istefaya göndərilib.
Kaspi.az xəbər verir ki, bosniyalı mütəxəssisin istefaya göndərilməsi barədə Yaponiya Futbol Federasiyasının prezidenti Kodzo Tasimu məlumat verib. Yaponiya yığması bu il keçirilən yoxlama görüşlərində yaxşı təsir bağışlamayıb.
Bəzi futbolçuların da 65 yaşlı mütəxəssislə münasibətlərinin qaydasında olmadığı bildirilir. Federasiya bu amili nəzərə alaraq, DÇ-yə 2 ay qalmış onunla yolları ayırmağa qərar verib.
Həlilociç Yaponiya yığmasına 2015-ci ildən başçılıq edirdi. Yaponiya DÇ-2018-ə vəsiqə qazanıb və H qrupunda Polşa, Seneqal və Kolumbiya ilə mübarizə aparacaq.
banner

Oxşar Xəbərlər