• cümə, 26 Aprel, 10:50
  • Baku Bakı 12°C

XXX Yay Universiadasında Azərbaycanı 22 idmançı təmsil edəcək

03.07.19 12:45 954
XXX Yay Universiadasında Azərbaycanı 22 idmançı təmsil edəcək
İyulun 3-də İtaliyanın Napoli XXX Yay Universiadası start götürəcək.
"Gənclik” Könüllü Tələbə İdman Cəmiyyəti Respublika Şurasının (KTİC RŞ) sədri Tofiq XanəliyevinAZƏRTAC-a verdiyi məlumata görə, yarışda ölkəmizi bədii gimnastika, idman gimnastikası, cüdo, taekvondo, atletika, qılıncoynatma üzrə 22 idmançı təmsil edəcək. Yarışlar iyulun 14-dək davam edəcək.
Xatırladaq ki, Çinin Taypey şəhərində təşkil olunan XXIX Ümumdünya Yay Universiadasında Azərbaycan idmançıları üç qızıl, bir gümüş, dörd bürünc medal qazanaraq yekun siyahıda 24-cü yerdə qərarlaşıblar.
banner

Oxşar Xəbərlər