Xəbərdarlıq etdilər ki, bir də belə hərəkət etsən...
İngiltərə
Futbol Assosiasiyası "Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolaya xəbərdarlıq
edib.
Kaspi.az
xəbər verir ki, Qvardiola "Liverpul”la oyundakı (2:1) davranışına görə xəbərdarlıq
alıb. O, q arşılaşmanın 47-ci dəqiqəsində
aşırı emosionallıq nümayiş etdirib.
Pep şərfini
yerə ataraq ehtiyat hakim Martin Atkinsonun üstünə qışqırıb. Hətta
qarşılaşmanın baş hakimi Entoni Teylor da texniki zonaya yaxınlaşaraq,
Qvardiolanı sakitləşməyə çağırıb.
Assosiasiyanın
xəbərdarlığında bildirilir ki, Qvardiola bir daha belə hərkətə yol verərsə, sərt
cəza ilə üzləşəcək.