• şənbə, 20 Aprel, 12:25
  • Baku Bakı 23°C

Xavi “Barsa”ya niyə “yox” deyib?

17.01.20 11:18 1111
Xavi “Barsa”ya niyə “yox” deyib?
Qətərin "Əl-Sədd” klubunun baş məşqçisi Xavi "Barselona”dan təklif aldığını etiraf edib.
Kaspi.az xəbər verir ki, Xavi sabiq klubunun təklifini qəbul etməyib. O, "Barsa”ya niyə "yox” cavabı verdiyini belə əsaslandırıb:
"Bəli, "Barselona”dan təklif almışdım. Amma qəbul etmədim. Çünki bu səviyyəli komandanı çalışdırmaq hələ mənim üçün tezdir.
Amma bu, mənim arzum olaraq qalacaq. Qərarımla bağlı öncə ailəmə məlumat verdim, sonra isə "Əl-Sədd”in futbolçularına. Çünki onlar situasiyanı həyəcanla izləyirdilər.
3 gün ərzində özümü yaxşı hiss etmədim. Amma indi bütünlüklə işimə köklənmişəm”.
"Barselona” istefaya göndərilən Valverdenin yerinə Kike Seteni gətirib.
banner

Oxşar Xəbərlər