• cümə, 26 Aprel, 08:02
  • Baku Bakı 12°C

Çövkən oyunu UNESCO-nun mədəni irs siyahısına salınıb

03.12.13 14:02 1464
Çövkən oyunu UNESCO-nun mədəni irs siyahısına salınıb
Qarabağ atları üzərində çövkən oyunu Azərbaycanın müraciəti əsasında UNESCO-nun təcili qorunmaya möhtac qeyri-maddi mədəni irs siyahısına salınıb.
APA-nın xəbərinə görə, qərar UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin Bakıda keçirilən 8-ci sessiyası zamanı qəbul olunub.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qərarın qəbulu ilə əlaqədar komitə üzvlərinə təşəkkür edib: “Ümid edirik ki, bu qərar beynəlxalq ictimaiyyətin bu oyuna marağını artıracaq, oyunun praktikasını davam etdirməyə və onu gələcək nəsillərə ötürməyə imkan verəcək”.
banner

Oxşar Xəbərlər