• cümə, 26 Aprel, 14:30
  • Baku Bakı 23°C

Venger gedir, Qvardiolanın “adamı” gəlir

19.12.17 12:10 1934
Venger gedir, Qvardiolanın “adamı” gəlir
"Arsenal”da Arsen Venger erası başa çatır.
Kaspi.az xəbər verir ki, "Arsenal” rəhbərliyi fransız mütəxəssisin yerinə namizəd axtarır. Rəhbərlik artıq əsas namizədi də müəyyənləşdirib. Böyük ehtimalla, Vengerin yerini "Arsenal”ın sabiq futbolçusu Mikel Arteta tutacaq.
35 yaşlı ispan "topçular”ın heyətində 5 il keçirib. İki il isə bu komandada kapitan olub. O, karyerasını bitirdikdən sonra "Arsenal”da məşqçi kimi işləmək təklifi alıb, ancaq imtina edib.
Arteta 2016-cı ilin yayında "Mançester Siti”də Xosep Qvardiolanın məşqçilər korpusuna daxil olub. "Arsenal” rəhbərliyi hesab edir ki, Arteta bu müddətdə böyük təcrübə toplayıb və uğur qazana bilər.
banner

Oxşar Xəbərlər