• cümə, 26 Aprel, 05:09
  • Baku Bakı 16°C

“Valensiya” “Atletiko Madrid” oyununda qalib müəyyənləşməyib

21.08.18 09:15 795
“Valensiya” “Atletiko Madrid” oyununda qalib müəyyənləşməyib
Avqustun 21-də İspaniya La Liqasının birinci turuna "Valensiya”-"Atletiko Madrid” oyunu ilə yekun vurulub.
AZƏRTACxəbər verir ki, "Mestalya” stadionunda keçirilən qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. Oyunda hesab 26-ci dəqiqədə açılıb. Belə ki, Antuan Qrizmanın ötürməsini Angel Koreya dəyərləndirib - 0:1. Matçın 56-ci dəqiqəsində meydan sahibləri hesabı bərabərləşdirib. Rodriqo Moreno adını tabloya yazdırıb - 1:1. Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.
Qeyd edək ki, İspaniya çempionatının ikinci turunda "Atletiko Madrid” öz meydanında "Rayo Valekano" klubunu qəbul edəcək. "Valensiya” isə səfərdə "Espanyol” ilə üz-üzə gələcək.

banner

Oxşar Xəbərlər