• cümə, 26 Aprel, 07:26
  • Baku Bakı 12°C

Useyn Bolt yığmaya çağırılacaq?

01.11.18 11:20 560
Useyn Bolt yığmaya çağırılacaq?
Dünya şöhrətli atlet Useyn Bolt Yamayka yığmasına dəvət ala bilər.
Kaspi.az xəbər verir ki, bu barədə Yamayka Futbol Federasiyasının prezidenti Maykl Rikets açıqlama verib. O, Boltun futbol meydanında özünü sübut edəcəyi təqdirdə, yığmaya çağırılacağını bildirib :
"Təəssüf ki, Bolt Yamayka yığması ilə müqavilə bağlamadı. Belə olacağı halda, biz onun oyununu daha yaxından müşahidə edə bilərdik.
Əgər Useyn özünü futbol meydanında sübut etsə, mütləq Yamayka yığmasına dəvət alacaq. Onun necə inkişaf etdiyini izləyirik.
Əgər Bolt Yamayka yığmasında çıxış etsə, stadiona gələn azarkeşlərin də sayında artım olacaq. Onun inanılmaz sürəti var. Bu sürətə futbol texnikasını da əlavə etsə, yığmada oynaya bilər. Yəqin ki, futbolçular da onun yığma komandaya gəlişinə sevinərlər”.
Bolt Avstraliyanın "Sentral Kost Marines” klubu ilə müqavilə bağlayıb.
banner

Oxşar Xəbərlər