Useyn Bolt futbolda debüt etdi
Əfsanəvi
yamaykalı sprinter Useyn Bolt futbalda debüt oyununa çıxıb.
Kaspi.az xəbər
verir ki, Bolt Norveçin "Stromqodset” komandasının heyətində ilk rəsmi oyununu
keçirib. Bu barədə məlumatı klub saytı yayıb.
Bolt
"Stromqodset”in Norveçin U-19 yığması ilə keçirdiyi yoxlama oyununda debüt
edib. O, 71-ci dəqiqədə meydana daxil olub. Atlet meydana daxil olarkən
komandası 0:1 hesabı ilə geridə olub.
Meydanda olduğu
müddətdə qapıya bir zərbə vurmağa nail olan Bolt, nəticəni dəyişə bilməyib.