• cümə, 26 Aprel, 16:25
  • Baku Bakı 23°C

Uels yığması Giqqz üçün deyil, iylənir - Atası

17.01.18 12:35 785
Uels yığması Giqqz üçün deyil, iylənir - Atası
Uels yığmasının yeni baş məşqçisi Rayan Giqqzin atası onun təyinatına münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Denni Uilson Rayanın Uels yığmasını çalışdırmağa layiq olmadığını deyib. O, Giqqzin ləyaqətsiz insan olduğunu bildirib:
"Mən hətta onun adını belə çəkmək istəmirəm. O, böyük qardaş kimi kiçik qardaşını qorumağa borclu idi. O, isə qardaşının kürəyinə bıçaq sapladı.
Qardaşını ən əxlaqsız tərzdə aldatdı. Hətta üzr istəməyə də cəsarəti çatmadı. Əslində, onun qazandığı uğurlara görə dünyanın ən xoşbəxt atası olmalı idim. Ancaq onun uğurlarına görə sevinmirəm.
Onu ekranda görəndə televizoru söndürürəm. Bütün ailə üzvlərimiz belə edir. Uels yığmasını çalışdırmaq onun işi deyil. O, iylənir. Yığmanın məşqçisinə bütün ictimaiyyət hörmət etməlidir”.
Rayan Giqqz kiçik qardaşı Rodrinin həyat yoldaşı ilə eşq macərası yaşayıb. 2011-ci ildə bundan xəbər tutan Rodri həyat yoldaşından ayrılıb. O vaxtdan bəri qohumları Giqqzlə danışmırlar.
banner

Oxşar Xəbərlər