UEFA təşkilatçı ölkələrdən xahiş etdi ki...
Koronavirus
Avropa çempionatı üçün böyük təhlükə yaradıb.
Buna baxmayaraq,
UEFA Avro-2020-ni müəyyən edilmiş vaxtda keçirməkdə israrlıdır. Kaspi.az xəbər
verir ki, UEFA Avropa çempionatını qəbul edəcək ölkələrə müraciət edib.
Avropanın ali
futbol qurumu xahiş edib ki, çempionatın vaxtında keçirilməsi üçün bütün mümkün
vasitələrdə n istifadə olunsun. UEFA hesab edir ki, çempionatı qəbul edəcək ölkələrdə
tibbi infrastruktur qaydasında olsa, çempionatı vaxtında keçirmək mümkündür.
UEFA-dan
bildirilib ki, virusun daha çox yayıldığı şəhərlərdən təşkilatçılıq hüququnu
almaq variantı da istisna edilmir.