• cümə, 26 Aprel, 06:57
  • Baku Bakı 12°C

UEFA siyasi qərar qəbul etməkdə ittiham edilir

20.12.17 12:05 1615
UEFA siyasi qərar qəbul etməkdə ittiham edilir
"Milan”nın direktoru Marko Fassone UEFA-nı siyasi amilləri nəzərə alaraq qərar qəbul etməkdə ittiham edib.
Kaspi.az xəbər verir ki, "Milan” maliyyə peyr-pleyi ilə bağlı yaranan problemi həll etmək üçün UEFA-ya təklif göndərmişdi. Təklifdə könüllü müqavilə bağlanması və problemi həll etmək üçün uzunmüddətli strateji plan qurulması irəli sürülmüşdü.
Ancaq UEFA bu planın perspektivli olmadığı qənaətinə gəlmişdi:
"Bü qərarı qəbul edənlər hörmətimi bildirməklə yanaşı, qeyd etməliyəm ki, bu, siyasi qərardır. UEFA-nın yeni prezidenti hesab edir ki, sanksiyalar təsir etmək üçün yaxşı üsuldur.
Könüllü müqavilə - bu ideya hələ klubumuza yeni rəhbər gəlməmişdən öncə irəli sürülmüşdü. Bu ideyanın effektivliyini əvvəllər heç kim yoxlamayıb. Təəssüf ki, UEFA da bunu qəbul etmədi. Bu, bizim üçün ağır qərardır”.
banner

Oxşar Xəbərlər