UEFA Ronaldoya görə sxemi dəyişib

UEFA Ronaldoya görə sxemi dəyişib

İdman
17 Yanvar 2020, 13:28 1004
UEFA ilin rəmzi komandasını müəyyənləşdirmək üçün son anda sxemi dəyişib. 
 
Kaspi.az xəbər verir ki, Avropanın ali futbol qurumu bu addımı "Yuventus”un futbolçusu Kriştiano Ronaldoya görə atıb. UEFA populyar olmayan 4-2-4 sxemindən yararlanıb ki, Ronaldo ilin rəmzi komandasına düşə bilsin. 
 
Səsvermə zamanı o, hücumçular arasında Messi, Levandovski və Manedən sonra 4-cü pillədə qərarlaşıb. UEFA Ronaldonun rəmzi komandaya düşməsi üçün yarımmüdafiəçilərdən birini ixtisar edib. 
 
Böyük ehtimalla, ixtisara düşən "Çlsi”nin yarımmüdafiəçisi Kante olub. 2019-cu ilin rəmzi komandasını müəyyənləşdirmək üçün azarkeşlər arasında sorğu noyabrda keçirilmişdi.