AZE | RUS | ENG |

UEFA “Qarabağ”ı günün qəhrəmanı saydı

UEFA “Qarabağ”ı günün qəhrəmanı saydı
Azərbaycan çempionu “Qarabağ”ın “Zalsburq” (Avstriya) üzərində qələbəsi UEFA-nın da diqqətindən yayınmayıb. Apasport.az-ın məlumatına görə, qurumun rəsmi internet saytı təmsilçimizi günün qəhrəmanı elan edib. Belə ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları ilə bağlı qısa şərh hazırlayan UEFA ağdamlıların qələbəsini önə çəkib: “Qarabağ” və AEL III təsnifat mərhələsinin ilk oyunlarında sürpriz edən komandalar oldu. Onlardan başqa, “Lill”, “Beşiktaş” və “Legiya” da qələbələri ilə diqqət çəkdi”. Qeyd edək ki, “Qarabağ” Avstriya çempionunu 2:1, Kipr AEL-i Rusiya “Zenit”ini 1:0 hesabı ilə məğlub etməklə sürprizə imza atıb. Polşa “Legiya”sı Şotlandiya “Seltik”ini 4:1, Fransa “Lill”i İsveçrə “Qrasshoppers”ini 2:0, Türkiyə “Beşiktaş”ı isə Hollandiya “Feyenoord”u 2:1 hesabı ilə məğlub edib. Sonuncu iki komanda səfərdə qalib gəlib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311