UEFA ÇL-in oyunlarının vaxtı dəyişir
Avropa
futbolunda maraqların toqquşması baş verir.
Kaspi.az xəbər
verir ki, UEFA Superliqa ideyası ilə ciddi mübarizə aparmağı planlaşdırır. Bu məqsədlə,
Avropanın ali futbol qurumu ÇL-in oyunlarının vaxtını dəyişməyi planlaşdırır.
UEFA CL-də
oyunların bazar günü keçirilməsi planını hazırlayıb. Belə olacağı təqdirdə,
milli komandalar meydana 2 və 3-cü günlər çıxacaqlar.
Superliqa
ideyası "Real”ın prezidenti Florentino Peresə məxsusdur. FİFA prezidenti Canni
İnfantino da Superliqa ideyasına qarşı çıxıb.