• cümə, 26 Aprel, 05:23
  • Baku Bakı 16°C

Türkiyə Superliqasının XII turuna yekun vurulub

26.11.19 10:45 434
Türkiyə Superliqasının XII turuna yekun vurulub
Futbol üzrə Türkiyə Superliqasının XII turuna "Antalyaspor” - "Qaziantep” oyunu ilə yekun vurulub.
AZƏRTACxəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib -1:1. Hesabı 37-ci dəqiqədə qonaq komandanın müdafiəçisi Papi Djilobodji açıb. Meydan sahiblərinin bu qola cavabı oyunun 84-cü dəqiqəsində gəlib. Nazim Sanqara komandasını məğlubiyyətdən xilas edib.
On iki turdan sonra Türkiyə çempionatına 24 xalla "Sivasspor” liderlik edir. "Trabzonspor” və "İstanbul Başakşəhər” klubları 22 xalla müvafiq olaraq ikinci və üçüncü pillələrdə yer alıblar. Hər ikisinin aktivində 21 xal olan "Fənərbağça” dördüncü, "Beşiktaş” isə beşincidir. "Qalatasaray” isə 19 xalla səkkizinci pillədə qərarlaşıb.
banner

Oxşar Xəbərlər