• cümə, 26 Aprel, 06:48
  • Baku Bakı 12°C

Topaz Premyer Liqası: Hakimlər təyin olundu

13.02.14 13:28 1166
Topaz Premyer Liqası: Hakimlər təyin olundu
Futbol üzrə Topaz Premyer Liqasında XXI turun hakim təyinatları açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, qarşıdakı turun 5 oyununun 5-də 6 hakimin xidmətindən istifadə olunacaq.
Ötən turla müqayisədə yalnız Əliyar Ağayev baş hakim kimi təyinat alıb. O, “Bakı” və “Neftçi” arasında paytaxt derbisini idarə edəcək. “Xəzər Lənkəran” – “Neftçi” matçındakı idarəçiliyi qonaqları razı qalmayan Rəhim Həsənov bu dəfə əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcək.
14 fevral (cümə)
15:00. “Simurq” (Zaqatala) – “İnter” (Bakı)
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Mübariz Haşımov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Elvin Əsgərov
Zaqatala şəhər stadionu
15 fevral (şənbə)
13:30. “Bakı” – “Neftçi” (Bakı)
Hakimlər: Əliyar Ağayev, Azər Əsgərov, Knyaz Əmiraslanov, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Alik Yunusov
“Bakı” klubunun təlim-məşq bazasının stadionu
15:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Vaqif Musayev, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
16:00. “Sumqayıt” – “Rəvan” (Bakı)
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Namiq Hüseynov, Fərid Məmmədov
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu, süni örtüklü meydan
17:00. “Qarabağ” (Ağdam) – AZAL (Bakı)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Yaşar Abbasov, Tahir Əhmədov
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, Rəhim Həsənov
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
banner

Oxşar Xəbərlər