• şənbə, 27 Aprel, 00:36
  • Baku Bakı 14°C

Tokioda iyul ayı üzrə Böyük Sumo Turnirinə start verilib

19.07.20 17:30 958
Tokioda iyul ayı üzrə Böyük Sumo Turnirinə start verilib
İyulun 19-da Yaponiyanın paytaxtı Tokioda iyul ayı üzrə Böyük Sumo Turnirinə start verilib. Yarışlar Tokionun Ryoqoku Kokuqikan idman arenasında başlayıb.
AZƏRTACxəbər verir ki, koronavirusun yayılma təhlükəsini azaltmaq məqsədilə təşkilatçılar turniri Naqoyadan Tokioya dəyişiblər.
Bu, cari ilin yanvarından bəri tamaşaçıların iştirakına icazə verilən ilk turnir olub. Lakin ümumi tutumu 10 min nəfər olan tamaşaçı salonuna cəmi 2500 nəfər buraxılıb.
Bununla yanaşı, mütəxəssislərin rəyi nəzərə alınaraq, təhlükəsizliyin təmin olunması üçün bütün müvafiq tədbirlər görülüb.
Eyni zamanda, Ozeki dərəcəsindən aşağı olan güləşçilər əgər əvvəllər ictimai nəqliyyatdan istifadə edərək yarış yerinə gəlirdilərsə, bu dəfə onlara fərdi avtomobildən və ya taksidən istifadə etməyə icazə verilib.
Tamaşaçı salonunda dörd nəfər üçün nəzərdə tutulan yerlərdən yalnız birinə döşəkcə qoyulub. Azarkeşlərdən səslərini qaldırmamaları və yalnız əl çalmaları xahiş edilib.
Hakimlərə gəlincə isə, koronavirusun yayılmasının qarşısını almaq üçün onlara rinqdən kənarda oturmaq tövsiyə olunub.
banner

Oxşar Xəbərlər