AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tokio olimpiadasının yeni tarixi açıqlandı

Tokio olimpiadasının yeni tarixi açıqlandı

İdman
30 Mart 2020, 17:10 711
Koronavirus pandemiyası səbəbindən təxirə salınan Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni tarixi açıqlanıb.


Qaynarinfo Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, Olimpiya Oyunlarına 2021-ci il iyulun 23-də, Paralimpiya Oyunlarına isə avqustun 24-də start veriləcək. Yay Olimpiya Oyunları 8 avqustda, Paralimpiya Oyunları isə 5 sentyabrda başa çatacaq.


Bu barədə Beynəlxalq Olimpiya Komitəsi (IOC), Oyunların Təşkilat Komitəsi və Yaponiya hökuməti arasında razılıq əldə olunub.