• cümə, 26 Aprel, 13:44
  • Baku Bakı 23°C

Tərlan Əhmədov daha bir komandadan kənarlaşdırıldı

13.11.13 13:10 1834
Tərlan Əhmədov daha bir komandadan kənarlaşdırıldı
“Neftçi” futbol klubunun sabiq baş məşqçisi Tərlan Əhmədov daha bir komandadan kənarlaşdırılıb. Lent.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis bu dəfə Azərbaycanın veteranlardan ibarət yığmasına çağırılmayıb.
Əhmədov bir neçə gün öncə Qəbələdə veteranlar arasında keçirilən ölkə çempionatında zədələnib. O, “Neftçi”nin heyətində çıxış etdiyi matç zamanı əzələsini dartıb. Bu səbəbdən, keçmiş futbolçu Özbəkistan “Paxtakor”unun veteranlardan ibarət komandasına qarşı matçda yığmamıza kömək edə bilməyəcək. Bu oyun noyabrın 16-da “Bayıl Arena”da baş tutacaq.
Qeyd edək ki, Tərlan Əhmədov oktyabrın 23-də Azərbaycan Superkuboku uğrunda matçda “Xəzər Lənkəran”a 1:2 hesablı məğlubiyyətdən sonra “Neftçi”nin baş məşqçi postundan istefaya göndərilib.
banner

Oxşar Xəbərlər