• cümə, 26 Aprel, 16:45
  • Baku Bakı 23°C

Tereza Meyi Hitlerlə müqayisə etdi

17.03.18 11:40 708
Tereza Meyi Hitlerlə müqayisə etdi
İngiltərə yığmasının sabiq futbolçusu Col Kempbell Böyük Britaniyanın baş naziri Tereza Meyi kəskin tənqid edib.
Kaspi.az xəbər verir ki, baş nazir Rusiyada keçiriləcək dünya çempionatına hökümət rəsmilərindən və kral ailəsindən heç kimin getməyəcəyini bildirmişdi. Col bunu Hitlerin verdiyi qərarlarla müqayisə edib:
"Siyasilər idmandan və futboldan yararlanırlar ki, insanları təsir altında saxlasınlar, hakimiyyətləri daha da güclənsin. Hitler, Franko və Mussolini də belə ediblər.
Bu, tarixdi. Heç nə dəyişməyəcək. Futbol böyük bir gücdü. O ki qaldı özümə, dünya çempionatı üçün FİFA-dan təklif almışam və Rusiyaya getməyi planlaşdırıram”.
banner

Oxşar Xəbərlər