• cümə, 26 Aprel, 15:55
  • Baku Bakı 23°C

“Terek”in adını dəyişirlər - “Əhməd” olacaq

07.06.17 14:15 1753
“Terek”in adını dəyişirlər - “Əhməd” olacaq
Rusiya Premyer Liqasında çıxış edən Qroznının "Terek” klubunun adı dəyişilir.
Kaspi.az xəbər verir ki, komanda bundan sonra "Əhməd” adlanacaq. Bu ad Çeçenistanın sabiq rəhbəri Əhməd Kadırovun şərəfinə belə adlandırılacaq. Bu barədə məlumatı klubun direktoru Əhməd Aydəmirov verib:
"Klub şurası qərar qəbul edib və federasiyaya məktub göndərib. Yaxın zamanlarda klub "Əhməd” adlanacaq. Lisenziya prosesini "Terek” adı ilə keçmişik. Ancaq bu, problem yaratmamalıdır. Belə qərarı azarkeşlərin müraciəti əsasında etmişik”.
Artıq yeni ad alacaq klubun emblemi də hazırdır. Əhməd Kadırov Çeçenistanın hazırkı prezidenti Ramzan Kadırovun atasıdır. Maraqlıdır ki, "Terek” azarkeşləri sosial şəbəkədə klubun adının dəyişdirilməsinə qarşı etiraz aksiyalarına başlayıblar.
banner

Oxşar Xəbərlər