• cümə, 26 Aprel, 01:18
  • Baku Bakı 16°C

Təcrübə qazandıqca, peşəkarlıq da gəlir

15.05.20 12:30 4658
Təcrübə qazandıqca, peşəkarlıq da gəlir
Günel Məmmədxanova: "Əgər çətinlikdən qorxdunsa, onlar sənə qalib gələcək”
Amerikada italyan restoranında bişirdiyi bal tortu dillərdə dastandır. Elə bu torta görə də ona "Honey Günel” ( "Ballı Günel”) ləqəbini veriblər. O, uşaqlıq xəyalının ardınca gedib və əcnəbi ölkədə şirniyyatları ilə tanınıb. Deyir ki, əgər hər hansı bir xanımın arzusu varsa, o, büdrəməməlidir. Onun sirri, məqsədinə doğru gedən yolda yorulmamaq, asta-asta addımlamaq və şükür etməkdir.

Müsahibimiz Amerikada kulinar işləyən Günel Məmmədxanovadır.

Günel Sumqayıtda anadan olub. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində ingilis dili üzrə təhsil alıb. Universiteti bitirdikdən sonra iş həyatına başlayıb. 2006-2016- cı ilə qədər turizm sahəsində fəaliyyət göstərib. Məşhur turizm şirkətlərinin birində daxili və xarici turizm üzrə departament direktoru vəzifəsinə qədər yüksəlib: "Həmin illərdə bir çox Avropa ölkələrində səyahətdə oldum. Onların şirniyyat növləri, mətbəx mədəniyyəti ilə yaxından tanış olmaq şansı əldə etdim. Baxmayaraq ki, turizm sahəsi maraqlı və əyləncəli idi, lakin heç vaxt özümü bu sahədə görmür, hər zaman xəyallarımda özümü şirniyyat aləmində təsəvvür edirdim. Hazırda ailəliyəm, 3 övladım var. Ailə qayğılarına baxmayaraq, bu işdə çətinlik çəkmirəm. Çünki ailəm mənə motivasiya verir.

- Turizm sahəsində rəhbər vəzifədə çalışır, hətta səyahət imkanları əldə edirdiniz. Necə oldu ki, kulinar kimi karyeranıza davam etdiniz?
- Uşaq vaxtı anam tez-tez şirniyyatlar bişirərdi. Hələ 6-7 yaşımda anamın yanında durar, əl işlərinə baxardım ki, görüm şirniyyatları necə ərsəyə gətirir. Ona kömək edir, özüm də yeni biliklər əldə edirdim. Artıq məndə həmin yaşlardan həvəs yaranırdı. Daha sonra biz Amerikaya köçdük. Övladım balaca idi və evdə uşağa baxırdım. Yəni heç yerdə işləmirdim. Evdə olduğum müddətdə başımı ancaq mətbəxlə qatırdım. Şirniyyatlar bişirir, yeni növlər kəşf edirdim. Dostlar, tanışlar bizə gəlir, bişirdiyim şirniyyatları onlar da dadırdı. Həmişə tərifləyirdilər. Onlara pay qoyurdum öz ətraflarında tanışları ilə bölüşürdülər. Artıq mənə zənglər gəlirdi ki, siz sifariş qəbul edərsinizsə, bişirdiyiniz şirniyyatlardan dadmışıq və onlardan istəyirik. Bu da mənə ilham verirdi. Evdar xanım idim və bu fürsətdən yararlandım. Düşündüm ki, Azərbaycan mətbəxindən olan şirniyyatları əcnəbi qonaqlarımıza niyə də tanıtdırmayım və sevdirməyim.


banner

Oxşar Xəbərlər