• şənbə, 27 Aprel, 00:07
  • Baku Bakı 14°C

Təbrizin “Traktorsazi” komandası ilk dəfə İran Kubokunun sahibi oldu

14.02.14 18:22 1721
Təbrizin “Traktorsazi” komandası ilk dəfə İran Kubokunun sahibi oldu
İranın futbol üzrə ölkə çempionatında mübarizə aparan Təbrizin “Traktorsazi” komandası bir ilkə imza atıb.
APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, Təbriz klubu tarixində ilk dəfə İran Kubokunun sahibi olub.
Fevralın 14-də İran Kubokunun finalında “Traktorsazi” Kirman şəhərinin “Mis” komandasının qonağı olub. Kirman şəhərinin “Bahünər” stadionunda baş tutan qarşılaşma Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 51-ci dəqiqədə “Traktorsazi”dən Səid Dəqiqi vurub. Bu futbolçu matçın ən yaxşı oyunçusu da seçilib.
Qeyd edək ki, “Traktorsazi” İran Kubokunun sahibi olmaqla, gələn il Asiya Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanıb.
banner

Oxşar Xəbərlər