AZE | RUS | ENG |

Tanınmış UFC və MMA döyüşçüsü Bakıda seminar keçəcək

Tanınmış UFC və MMA döyüşçüsü Bakıda seminar keçəcək
Əfsanəvi braziliyalı döyüşçü, adı UFC-nin Şöhrət zalına daxil edilmiş ciu-citsu ustası Roys Qreysi Bakıya gələcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Ciu-Citsu Federasiyası və "Qodzilla” qrupunun təşkilatçılığı ilə ölkəmizdə səfərdə olacaq beşqat UFC çempionu paytaxtın ən müasir idman klublarından olan "Judo Club 2012”də seminar keçəcək.

İyulun 20-də "Judo Club 2012”nin idman zalında təşkil olunacaq seminarda R.Qreysi ciu-citsu döyüş sənətinin nəzəriyyəsindən danışacaq və idmançılara müxtəlif döyüş fəndlərinin icrasını göstərəcək.

Tədbirdə tanınmış idmançılarla yanaşı, ölkəmizin döyüş növləri üzrə federasiyalarının rəhbərlərinin də iştirakı gözlənilir.

Qeyd edək ki, braziliyalı ciu-citsu ustası Roys Qreysi idmanın bu növünün dünyada tanınmasında böyük rol oynayıb.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946