Suares Messinin bacarmadığını etdi
İspaniya
çempionatının 20-ci turunda "Barselona” "Betis”i darmadağın edib - 2:0.
Kaspi.az xəbər
verir ki, Luis Suares bu qarşılaşmada dubl edib. Bununla da uruqvaylı futbolçu
"Barsa”da vurduğu qolların sayını 100-ə çatdırıb. O, La Liqada 100 qol vuran 5-ci
"Barsa”lı olub.
Suares bu göstərici
ilə klub tarixinə də düşüb. O, 100 qolu cəmisi 114 oyunda vurub ki, bu da klub
tarixinin ən yaxşı göstəricisidir.
Buna qədər ən
yaxşı göstərici Samuel Etoya məxsus idi. Eto 100 qolu 130 oyunda vurmuşdu.
Messi isə bu göstəriciyə 154 oyunda çatıb. Ladislav Kubala 132, Sesar isə 159
oyunda 100 qol vurmağı bacarmışdılar.