• cümə, 26 Aprel, 14:19
  • Baku Bakı 23°C

SSRİ yığmasının sabiq qapıçısını qızı öldürüb

25.09.17 10:35 1172
SSRİ yığmasının sabiq qapıçısını qızı öldürüb
SSRİ-nin xokkey yığmasının sabiq qapıçısı Viktor Tolmaçev öldürülüb.
Kaspi.az xəbər verir ki, Viktorun cəsədi evində tapılıb. Onun bədənində iki bıçaq zərbəsi olub. Polisin apardığı araşdırmalardan sonra Viktorun qızı həbs edilib.
O, atasını öldürməkdə ittiham edilir. 78 yaşlı sabiq qapıçının uzun müddət görünməməsi yaxınlarını narahat edib. Onlar polisə müraciət ediblər. Viktorun evinə gedən sahə müvəkkilinə qapını onun qızı açıb. O, əvvəlcə hadisəni gizlətməyə çalışsa da, sonradan hər şeyi etiraf edib.
banner

Oxşar Xəbərlər