AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Soyğuna məruz qaldı

Soyğuna məruz qaldı

İdman
15 İyul 2020, 11:15 271
Portuqaliyanın "Rio Ave” klubunun baş məşqçisi Karlos Karvalhal soyğuna məruz qalıb. Kaspi.az xəbər verir ki, bu barədə 54 yaşlı mütəxəssis sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
O, Braqadakı evinə qayıdarkən 3 nəfər qarşısını kəsib. Bu zaman Karvalhalın oğlu Xose Karlos da atasına köməyə gəlib. Nəticədə təcrübəli məşqçi kiçik xəsarətlərlə soyğunçuların əlindən xilas ola bilib. Karvalhal hazırda özünü yaxşı hiss etdiyini söyləyib. Braqa polisi hadisə ilə bağlı araşdırma aparır.
 
2019-cu ildən "Rio Ave”ni çalışdıran Karlos Karvalhal karyerası ərzində "Suonsi Siti”, "Şeffild Uensdey”, "Başakşəhər”, "Beşiktaş”, "Sportinq” (Lissabon), "Maritimo”, "Asteras”, "Vitoriya”, "Braqa” kimi klublarda da fəaliyyət göstərib.