• cümə, 26 Aprel, 06:20
  • Baku Bakı 12°C

Silahlı Qüvvələrin bütün tank bölmələrində məşqlər keçirilir

17.10.16 16:16 1231
Silahlı Qüvvələrin bütün tank bölmələrində məşqlər keçirilir
2016-cı il üçün hazırlıq planına əsasən Silahlı Qüvvələrin bütün tank bölmələrində məşqlər keçirilir.

Müdafiə NazirliyindənAPA-ya verilən məlumata görə, məşqlərin əsas məqsədi bölmələrin şəxsi heyətinin tankların düzənlik və relyefi çətin keçilən ərazidə sürülməsi, döyüş əməliyyatları zamanı idarə edilməsi üzrə vərdişlərinin təkmilləşdirilməsidir.

Məşqlər zamanı tank ekipajları zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsi üzrə məşğələləri icra edir, müxtəlif manevrlər və atışlar həyata keçirirlər.
banner

Oxşar Xəbərlər