• cümə, 26 Aprel, 23:21
  • Baku Bakı 22°C

Şikayətləndi: “Kiçik çöp həmişə bizə çıxır”

20.07.20 14:30 874
Şikayətləndi: “Kiçik çöp həmişə bizə çıxır”
"İnter”in baş məşqçisi Antonio Konte "Roma” ilə qarşılaşmadan (2:2) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Konte İtaliya çempionatında rəqabətin yüksəldiyini bildirib. O, təqvimin "İnter” üçün uyğun olmamasından da şikayətlənib:
"Yaddan çıxartmayaq ki, mövsümün əvvəlində "İnter”in hədəfi "Roma” və "Napoli”nin hədəfindən fərqlənmirdi. A seriyasında rəqabət həqiqətən də yüksəlib. Əgər insanlar deyirlərsə ki, "İnter” gözləniləndən daha aşağı pillədə qərarlaşıb, onda ilk dörd pilləni tuta bilməyən komandalar haqda nə deyəcəklər?
İstəyirəm ki, insanlar "İnter”in oyunlarının təqviminə baxsınlar. Təqvim elə tərtib olunub ki, bizim üçün problem yaransın. Biz həmişə gecəyarısı oynayırıq. Rəqibimiz bizdən bir gün artıq istirahət imkanı əldə edir.
Bu, anomaliyadır. Hamı kompromisə getməlidir. Amma nədənsə, kiçik çöp həmişə bizə çıxır. Həmişə. Bu gülməlidir. Həmişə "İnter”i yumruqlayırlar”.
"İnter” 37 turdan sonra 72 xal toplayaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
banner

Oxşar Xəbərlər