AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

SHXÇDX: Vətəndaşlara mobil telefonla səfərbərlik çağırışı ilə bağlı göndərilən SMS məlumatlar həqiqətə uyğun deyil

SHXÇDX: Vətəndaşlara mobil telefonla səfərbərlik çağırışı ilə bağlı göndərilən SMS məlumatlar həqiqətə uyğun deyil

Cəmiyyət
14 İyul 2020, 18:08 252
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə əlaqədar SMS göndərilməsi ilə bağlı məlumatlara münasibət bildirib.
Xidmətdən Trend-ə bildiriblər ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edən naməlum mənbədən bəzi vətəndaşların mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə bağlı SMS göndərilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsmi olaraq bildirir ki, cəmiyyətdə çaşqınlıq yarada biləcək belə məzmunlu məlumatlar həqiqətə uyğun deyil. Xidmət vətəndaşları daha diqqətli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırır.