• cümə, 26 Aprel, 16:35
  • Baku Bakı 23°C

Sezarın ölümündə də ittiham olunsam təəccüblənmərəm - Berluskoni

15.01.18 13:25 673
Sezarın ölümündə də ittiham olunsam təəccüblənmərəm - Berluskoni
İtaliya prokurorluğu "Milan”ın sabiq prezidenti Silvio Berluskonini klubun satışından təxminən 300 milyon avro mənimsəməkdə ittiham edir.
Kaspi.az xəbər verir ki, Berluskoni bu məsələyə münasibət bildirib. O, bu ittihamları seçki kompaniyası öncəsi təzyiq kimi qiymətləndirib:
"Hər dəfə seçki kompaniyasından öncə, xüsusən də mənim qalib gəlmək şansım olanda, belə ittihamlarla üzləşirəm. "Milan”ı satmışıq, ölkəyə kapital gətirmişik” məntiqi belə yerdə qəbul olunmur.
Çinlilər vəd etdikləri bütün şərtlərə əməl ediblər. Onlar kluba 250 milyon sərmayə qoyacaqlarını demişdilər. Artıq 240 milyon sərmayə yatırıblar.
Bir gün oxusam ki, Sezarın ölümündə ittiham olunuram, təəccüblənmərəm”.
banner

Oxşar Xəbərlər