Şeyx Zahid Gilaninin 800 illik yubileyi ilə bağlı beynəlxalq simpozium keçirilib
Lənkəran Dövlət
Universiteti (LDU) möhtəşəm beynəlxalq tədbirə
ev sahibliyi edib. AMEA-nın Tarix
İnstitutu, Lənkəran Dövlət Universiteti, Konya Nəcməddin Ərbəkan Universiteti, TİKA-nın birgə təşkilatçılığı ilə "Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani”
mövzusunda ikigünlük Beynəlxalq
Simpozium bu gün işinə başlayıb.
Rəsmi hissədən sonra Bolqarıstanın məşhur "Səma” rəqs qrupunun , xanəndə Ağakərim Nafizin , ozan Fəxrəddin Salimin ifaları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
İştirakçılar
ilk öncə Lənkəran şəhərinin mərkəzində Azərbaycan xalqının ümummmili
lideri H.Əliyevin xatirəsinə
ucaldılmış abidə-kompleksi ziyarət edərək,önünə gül- çiçək dəstələri
qoyublar.
Universitetin
Böyük akt zalında keçirilən tədbir Azərbaycan
və Türkiyə Cümhuriyyətlərinin dövlət himnlərinin səslənməsi ilə start götürüb.
Simpoziumu
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq
İbrahimov açıb. İştirakçıları
salamlayan LDU rəsmisi simpoziumun gündəliyi, məqsəd və məramı barədə iştirakçılara məlumat verib.Bildirib
ki, doğumunun 800-cü ilidönümündə Şeyx Zahid Gilaninin anılması bu dəyərli şəxsiyyətin
irsini öyrənən alimlərin bir araya gətirilməsinə, birgə fikir mübadiləsi
aparılmasına, elmi tapıntıların paylaşılmasına şərait yaratmaqla, yeni tədqiqatlara
yol açacaq.Simpoziuma marağın gözlənildiyindən də böyük olduğunu deyən
professor Natiq İbrahimov 5 ölkədən 60-dan artıq müraciətin daxil olduğunu Şeyx
Zahid Gilani şəxsiyyətinə, müdrikliyinə hörmət kimi dəyərləndirib.Simpoziumun
işində iştirak edən Lənkəran Şəhər İcra hakimiyyəti başçısının birinci müavini
Möhübbət Babayev rayonda Şeyx Zahid şəxsiyyətinə
daim dəyər verildiyini, məqbərəsinin müqəddəs ziyaratgah olduğunu, şəhərdəki mərkəzi küçələrdən birinin onun
adını daşıdığını bildirib.
Tədbirin
təşkilatçılarından olan Konya Nəcməddin Ərbəkan Universitetinin əməkdaşı, professor Əhməd Taşkın, Kastomonu
Uniuversitetinin professoru Cövdət Yaquboğlu, AMEA-nın A.A.Bakıxanov adına
Tarix İnstitunun əməkdaşları- professor
Şahin Fazil, dosent Dilavər Əzimli
çıxışlarında Şeyx Zahid Gilani şəxsiyyətinin böyüklüyü, zamanında və
hazırkı dövrə qədərki fəlsəfi fikir
tarixində oynadığı rol, xeyirxah əməlləri və s. barədə ətraflı söz açaraq onu
bütün dövrlərin müqəddəs şəxsiyyəti kimi dəyərləndiriblər.Rəsmi hissədən sonra Bolqarıstanın məşhur "Səma” rəqs qrupunun , xanəndə Ağakərim Nafizin , ozan Fəxrəddin Salimin ifaları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Nahar
fasiləsindən sonra konfrans işini bölmələrdə davam etdirib. Qeyd edək ki, simpoziumun 1-ci günü "Klassik mənbələrdə
Şeyx Zahid”, "Müasir tədqiqatda Şeyx Zahid”, "Şeyx Zahid və xalq ədəbiyyatı” mövzularında məruzələr dinləniləcək.
Simpoziumun
ikinci günü "Şeyx Zahid mühiti və mədəni irsimiz”, "Şeyx Zahid ənənələri və Lənkəran
bölgəsi”, "Şeyx Zahidin həyatı və fəaliyyəti”,
"Şeyx Zahid məktəbinin ardıcılları” mövzularında məruzələr dinləniləcək və
müzakirələr aparılacaq.
Simposiumun
ikinci iş gününün sonunda Şeyx Zahid Gilaninin Lənkəran rayonunun Şıxəkəran kəndində
yerləşən məqbərəsi ziyarət olunacaq, həmçinin
qonaqlar Lənkəranın və Astaranın gəzməli yerləri ilə tanış olacaqlar.
Esmira
İsmayılova