Sevinməlidir ki, komandasında belə futbolçu var?
Qaret Beylin
agenti Conatan Barnet müştərisinin "Real”dakı durumu ilə bağlı danışıb.
Kaspi.az xəbər
verir ki, O, Beylin "kral klubu”ndan
ayrılıb-ayrılmayacağı ilə bağlı qəti fikir söyləməyib. Amma bildirib ki, Beylin
"Real”da olması Zidanı sevindirməlidir:
"Qaret hazırkı vəziyyətindən
məmnun deyil. Amma onun "Real”la müqaviləsi var. O, bütün oyunlarda qüvvəsini
tam sərf edəcək.
Fakt və statistika
göstərir ki, Beyl meydanda olanda "Real”ın qələbə şansı daha çox olur. Heç kim
onu, bütün qüvvəsini meydanda sərf etməməkdə ittiham etməyib.
Beyl dünyanın ən
yaxşı futbolçularından biridir. Məşqçi sevinməli və qürur duymalıdır ki, belə
bir futbolçu onun komandasında oynayır.
Onun gedəcəyi ilə
bağlı qəti söz demək olmaz. Əgər sərfəli təklif alsa və getmək istəsə, ondan
biz "Real”la rəhbərliyi ilə danışıqlar stolu arxasında oturub variantları
müzakirə edəcəyik”.