Sevgilisinə məktub yazaraq özünü asıb
Bu ilin iyul
ayında cüdo üzrə dünya çempionu, britaniyalı Kreyq Fellonun meyiti meşədə
tapılmışdı.
Kaspi.az xəbər
verir ki, "Mirror” nəşri oktyabrın 30-da 36 yaşlı idmançının ölüm səbəbi barədə
yazıb. Məlum olub ki, Kreyq intihar edib.
Onun avtomobili
də çayın kənarında tapılıb. O, intihar etməzdən əvvəl sevgilisinin elektron
ünvanına məktub yazıb. Kreyq məktubda qeyd edib ki, ölümünə görə günahkar
axtarmasınlar:
"Bu, mənim
seçimidir”.
Fellon 2005-ci
ildə Misirdə keçirilən dünya çempionatında qalib gəlmişdi.