Səsvermə başladı
UEFA 2016/2017 mövsümündə vurulmuş ən yaxşı qolu müəyyənləşdirmək
üçün səsverməyə başlayıb.
Kaspi.az xəbər verir ki, səsvermə UEFA-nın saytında aparılır. Səsverməyə
təşkilatın bayrağı altında keçirilən turnirlərdə vurulmuş ən yaxşı 7 qol
çıxarılıb.
Səsvermə avqustun 29-na qədər davam edəcək. Həmin gün də qalib elan
ediləcək.
İlk iki səsvermə zamanı "Barselona”nın futbolçusu Lionel Messi qalib
olmuşdu. Argentinalı futbolçu bu dəfə namizədlər arasında yoxdur.